Rusiyanın qisas almaq şansı olmayacaq - Zelenski

15:38 20.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Prezident Vladimir Zelenski ABŞ prezidenti Co Baydenlə danışıqlardan sonra Ukraynaya güclü hərbi dəstək paketi gözlədiyini açıqlayıb.

Bunu Zelenski Kiyevdə Baydenlə danışıqlardan sonra keçirdiyi birgə brifinqdə deyib.

"Bu gün biz Ukraynaya tədarük edilə bilən uzaq mənzilli silahlar məsələsini də müzakirə etdik, ondan əvvəl isə yox idi. Bu, çox vacibdir", - Zelenski bildirib.

O, Ukraynaya güclü müdafiə dəstəyi paketinin gözləndiyini açıqlayıb.

"Hazırda belə ağır bir paket Rusiyanın qisas cəhdlərinin heç bir şansının olmayacağına dair birmənalı siqnaldır. Və biz birlikdə şəhərlərimizi, xalqımızı rus terrorundan qoruyacağıq", - Ukrayna Prezidenti vurğulayıb.

Zelenski əlavə edib: "Bu gün biz bir daha hiss etdik ki, bu müharibədə hadisələrin gələcək inkişafı və perspektivləri ilə bağlı ümumi baxışımız var".

"Biz həm ikitərəfli səviyyədə, həm də G7 çərçivəsində sanksiyaları sərtləşdirmək üçün birlikdə çalışırıq. Bu da çox vacibdir", - Zelenski vurğulayıb.