Rusiyanın Ukraynadakı bütün Türkiyə PUA-larını vurduğu iddia edildi... - Ekspert

12:25 29.05.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiya Türkiyənin “Bayraktar TB2” pilotsuz uçuş aparatlarından (PUA) ibarət bütün Ukrayna donanmasını məhv edib.

Hafta.az xəbər verir ki, bu haqda "Business Insider" nəşri yazıb.

Analitik Samuel Bendettin sözlərinə görə, belə pilotsuz təyyarələr düşmənin hava hücumundan müdafiə sistemi və radioelektron mübarizə avadanlığının olmadığı şəraitdə yaxşı işləyir. Lakin Rusiya tez bir zamanda elektron döyüş sistemlərindən istifadə etməyə başladı və bir çox Ukrayna pilotsuz təyyarələrini vurdu.

"Nisbətən yavaş və alçaqdan uçan PUA kimi  "Bayraktar" bir sıra yaxşı təşkil olunmuş hava hücumundan müdafiə sistemlərinin hədəfinə çevrilə bilər - biz bunu Liviyada və Dağlıq Qarabağda görmüşük", - deyə Bendett bildirib.

Ekspert qeyd edib ki, hazırda Ukrayna Silahlı Qüvvələri mühüm strateji zərbə silahını itirib. İndi Ukrayna qoşunlarında qalan “Bayraktar"lar döyüşlərdə istifadə edilmir, yalnız müşahidə və kəşfiyyat üçün istifadə olunur.

2023-cü ilin yanvarında Ukrayna Müdafiə Nazirliyi istehsalçı" Baykar" şirkətindən "Bayraktar TB2" pilotsuz təyyarələrinin hədiyyə edildiyini açıqlayıb. Agentlik Türkiyə şirkətini ölkənin “böyük dostları və tərəfdaşları” adlandırmışdı...