Rusiyanın yarımmilyonluq şəhərinin bütün əhalisinin təxliyəsi başlanıldı... - FOTO+VİDEO

19:22 12.04.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın 500 min əhalisi olan Orenburq şəhərinin hakimiyyət orqanları daşqınla bağlı vəziyyətin pisləşməsi fonunda “kütləvi səfərbərlik” elan edib. Hələlik şəhərin yalnız bir neçə ərazisi evakuasiyaya məruz qalıb.

Hafta.az xəbər verir ki, bu haqda “Yevronyus”(“Evronews”) məlumat yayıb.

"Diqqət, Orenburq sakinləri! Şəhərdə həyəcan siqnalı səslənir. Bu, təlim deyil. Kütləvi təxliyə aparılır! Orenburqda daşqınla bağlı vəziyyət son dərəcə təhlükəlidir", - deyə şəhərin meri Sergey Salmin sakinlərə müraciətinda bildirib.

Onun sözlərinə görə, günün əvvəlindən Ural çayında suyun səviyyəsi 40 sm artaraq 1143 sm-lik təhlükəli həddə çatıb.

İlk növbədə, çaya ən yaxın ərazilərin - "Grand Park" yaşayış kompleksinin, Kuybışev adına və Solneçnı qəsəbələrinin, 23 və 24-cü mikrorayonlar, “Aviaqorodok” və “Ovçiniy qorodok” sakinləri təxliyyə edilməyə çağırılır.

"Təcili evakuasiya olunun. Sənədləri, dərmanları, zəruri əşyaları özünüzlə götürün və dərhal evi tərk edin. Vəziyyət kritikdir, vaxt itirməyin!" – şəhər meri belə deyib.

Həmçinin Fövqəladə Hallar Nazirliyinin regianal şöbəsi tərəfindən şəhər sakinlərinə təxliyə çağırışı ilə bağlı “SMS”-lər göndərilir.