Ruslar "Moskviç"i geri qaytarır

11:45 05.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskva meri Sergey Sobyanin yenidən istehsalına başlanılan "Moskviç" markalı avtomobillərin paytaxtda avtomobilpaylama xidmətlərində və taksilərdə istifadə ediləcəyini açıqlayıb.

Hafta.az-ın Abnews.ru-ya istinadən yazdığına görə, Sobyanin ilkin olaraq bu məqsədlə 5 min ədəd “Moskviş” markalı avtomobil alınacağını açıqlayıb. “Moskviçlər”in ictimai nəqliyyata töhfə verməsinin vacib olduğunu bildirən Sobyanin qeyd edib ki, “Yandeks.Taksi”nin alacağı 5 min "Moskviç"dən 2 mini elektromobil olacaq. 

Sobyanin qeyd edib ki, bu, dünyada avtomobil paylaşımı və taksi üçün ən böyük avtomobil sifarişlərindən biridir.

Xatırladaq ki, Rusiya bazarını tərk edən Renault-nun Moskva zavodu ötən il “Moskviç” model avtomobillərin istehsalını bərpa edib.