Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsİOM) məlumatına görə, rusiyalıların 80,3%-i Rusiya prezidenti Vladimir Putinə etibar edir, 76,8%-i isə onun fəaliyyətini bəyənir. Hafta.az bildirir ki, bu barədə məlumat VTsİOM tərəfindən dərc edilən sorğunun nəticələrində əksini tapıb.
Tədqiqat təşkilatının məlumatına görə, 2022-ci il avqustun 29-dan sentyabrın 4-dək prezidentin reytinqi 76,8% təşkil edib. Bununla yanaşı, respondentlərin yalnız 51,5%-i ölkənin baş nazirinin, 50,7%-i isə Rusiya hökumətinin işini müsbət qiymətləndirib.
Putinə inamla bağlı birbaşa suala respondentlərin 80,3%-i müsbət cavab verib.
VTsIOM-un araşdırmasına görə, Mixail Mişustin - 61,5%, Gennadi Zyuqanov - 30,8% və Sergey Mironov - 29,9% ən etibarlı siyasətçilər sırasındadır.
İctimai Rəy Fondunun məlumatına görə, respondentlərin 79%-i Putinin fəaliyyətini bəyənir, 76%-i isə ona güvənir.