Saat 17:00-a olan məlumata görə, seçici fəallığı 33,82 faiz olub - YENİLƏNİB

18:00 01.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisə seçkilərlə əlaqədar səsvermənin gedişinə dair növbəti statistik məlumat açıqlanıb.

Hafta.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 17:00-a olan məlumata görə, seçicilərin 33,82 faizinin (2 milyon 172 min 087) səs verdiyini bildirib.

*** 15:50

Milli Məclisə seçkilərlə əlaqədar səsvermənin gedişinə dair növbəti statistik məlumat açıqlanıb.

Hafta.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 15:00-a olan məlumata görə, seçicilərin 29,49 faizinin (1 milyon 893 min 555) səs verdiyini bildirib.

*** 12:36

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 12:00-a olan seçici fəallığını açıqlayıb.

Hafta.az-ın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 12.00-a qədər respublika üzrə 1 309 522 nəfər səs verib, seçici fəallığı 20,39 faiz olub.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərində səsverməyə bu gün saat 08:00-da start verilib. Səsvermə saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 15:00, 17:00 və 19:00-da ilkin məlumatlar veriləcək.

Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir. Son məlumata görə, respublika üzrə seçicilərin sayı 6 421 960 nəfərdir.

*** 10:25

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 10:00-a olan seçici fəallığı açıqlanıb.

Hafta.az xəbər verir ki, bu barədə  MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirilən mətbuat konfransında MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib.

O bildirib ki, saat 10:00-a qədər respublika üzrə 636842 nəfər səs verib. Seçici fəallığı 9,92 faiz olub.

Hesabat vermiş məntəqələrin sayı 6478-dir.

Gündəm rubrikasından digər xəbərlər