Saatlıda gecə işləyən kafe aşkarlanıb

09:49 18.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan hafta.az-a verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları rayonun Qıraqlı kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, obyektin inzibatçısı K.Allahverdiyev və orada çalışan üç işçi barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.