Saatlıda mağaza yanıb

18:03 20.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Saatlı rayonunun Çolpı kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli ərzaq mağazasının dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə, içərisində 5 ədəd soyuducu, 1 ədəd kondisioner və ərzaq malları yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı 28