Saatlıda yanğın olub, bir nəfər xəsarət alıb

16:26 22.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Saatlı rayonunun Qıraqlı kəndində ümumi sahəsi 120 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 85 m² sahədə və çardağı yanıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.