Sabah Bakıda qar yağacaq

13:20 16.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 17-də  gözlənilən hava şəraiti barədə proqnoz açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətinin hafta.az-a verdiyi məlumata görə,  fevralın 17-də Bakıda və Abşeron yarımadasında gün ərzində arabir  yağış yağacağı, gecəyə doğru yağışın sulu qara, qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.


Havanın temperaturu  Bakıda və Abşeron yarımadasında gecə və gündüz  1-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət  80-90 faiz təşkil edəcək.


Fevralın 17-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar,  qar yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, güclü qərb küləyi əsəcək.


Havanın temperaturu  gecə 2-5, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacaq.

 

Tibbi-meteoroloji proqnoz - Fevralın 17-18-də  Abşeron  yarımadasında güclü küləkli və yağıntılı hava şəraiti fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün  əlverişsizdir.