Sabah da 43 dərəcə isti olacaq

13:15 18.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi arabir əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumata görə, havanın temperaturu gecə 23-27° isti, gündüz 31-36° isti, Bakıda gecə 25-27° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq.

 

Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 22-27° isti, gündüz 36-41°, bəzi yerlərdə 43° isti, dağlarda gecə 10-15° isti, gündüz 27-32° isti olacaq.