Sabah Sumqayıtda qaz KƏSİLƏCƏK

23:00 20.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabah Sumqayıt şəhərinin qaz təchizatında fasilə yaranacaq.

Hafta.az bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-ə istinadən xəbər verir.

Məlumata görə, balans qovşaqlarının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar noyabr ayının 21-də saat 10:00-dan etibarən 600 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

İşlər yekunlaşdıqdan sonra qazın verilişi bərpa olunacaq.