Sabir Rüstəmxanlı: “Qadınların təqaüdə çıxarılması üçün 62-65 yaş çoxdur”

13:29 29.03.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Qızalar ana olmaq istəmir. Bir uşaqla ailə institunu qurmaq olmaz”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Sabir Rüstəmxanlı bildirib.

Deputat rayonlardan ünvanına daxil olan məktublara istinad edərək, əhalinin, xüsusən də qadınların pensiya yaşının azaldılmasının xahiş edildiyini bildirib.

“Əhalinin təqaüd məsələsinə nəzər salmaq lazımdır. Xüsusən də 5 uşaq analarının təqaüd yaşının 5 il geri çəkilməsinə heç kim etiraz etməz. Bütün hallarda qadınların təqaüdə çıxarılması üçün 62-65 yaş çoxdur”.