Sabirabadda 14 kiloqram narkotik vasitə aşkarlanıb

10:06 05.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 25 yaşlı A.Kərəmova Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyindən Hafta.az-a bildirilib ki, ondan 14 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.