Sabunçu, Binəqədi, Lökbatan, Xırdalanda mərkəzlər yaradılacaq

10:46 13.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Regional mərkəzlərdən əlavə alt mərkəzlərin də yaradılması nəzərdə tutulur. Alt mərkəzlər aralıq fünksiyanı oynayacaq.

Bunu Trend-ə müsahibəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov deyib.

"Bakının mərkəzinə doğru girişlərdə – Sabunçu, Binəqədi, Lökbatan, Xırdalan, Zığ-Hövsan istiqamətlərində alt mərkəzlərin yaradılması düşünülür. Bu mərkəzlərin də hər birinin öz funksiyaları olacaq. Bu funksiyalar geniş əhatəlidir, belə ki, Bakının mərkəzində olan funksiyaların əhəmiyyətli bir hissəsi həmin alt mərkəzlərdə də olacaq.

Əhalinin müəyyən sosial, xidmət, istirahət, əyləncə ehtiyaclarının qarşılanması üçün həmin mərkəzlərdə bütün şəraitlər yaradılacaq, məşğulluqla bağlı məsələlərin də öz əksini tapacağı düşünülmüşdür. Bu yanaşmalar imkan verəcək ki, dayanıqlı və tarazlaşmış inkişaf təmin olunsun".

Müsahibənin tam versiyasını buradan oxuya bilərsiz.