Sadir Japarov insanların təbiətə atdıqları tullantıları toplayıb

09:05 22.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qırğızıstan prezidenti Sadir Japarov istirahət edən insanların təbiətdə qoyduqları tullantıları toplayıb və vətəndaşları onunla həmrəy olmağa çağırıb.

Hafta.az-ın yazdığına görə, prezident bu barədə Facebook səhifəsində məlumat verib.

Dövlət başçısı qeyd edib ki, Qırğızıstanın təbiəti gözəlliyi və saflığı ilə seçilsə də, insanların özləri tərəfindən çirkləndirilir. O, istirahət edənləri yerə atdığı tullantıları götürməyə çağırıb.

“Hamımız təbiətdə istirahət edirik. Amma bu cür tullantıları özümüzdən geridə qoyuruq. Ona görə də mən burada istirahət edən bütün Qırğızıstan vətəndaşlarına və turistlərə müraciət etmək istərdim. Tullantıları özünüzdən sonra torbalayıb şəhərə aparsanız, problem olmayacaq. Bəzi savadsız adamlar zibil qoyurlar, siz də ləyaqətli insanlar kimi şəhərə çatanda zibilləri toplayın, maşınınıza qoyun və zibil qutusuna atın”, - prezident qeyd edib.

Sadir Japarov çayın sahilində gəzərək istirahət edənlərin qoyub getdiyi zibilləri yığıb.