Sahibə Qafarova: Əminik ki, Azərbaycan Silahlı Qüvvələri qarşıdakı illərdə daha da inkişaf edəcək

15:23 24.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaət xalqımızın qəhrəmanlıq tarixinə ədəbi həkk olunub. Ərazi bütövlüyümüz uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsini, yaralı əsgər və zabitlərimizin rəşadətini heç vaxt unutmayacağıq.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iyunun 24-də keçirilən iclasında deyib.

Sahibə Qafarova bildirib ki, bu gün Silahlı Qüvvələrimiz işğaldan azad olunmuş bölgələrin müdafiəsi, dövlət sərhədlərimizin qorunması üçün öhdəliklərinə düşən vəzifələri layiqincə yerini yetirirlər.

“Biz əminik ki, Azərbaycan Silahlı Qüvvələri qarşıdakı illərdə daha da inkişaf edəcək, dünyanın ən güclü orduları sırasında öz mövqeyini, yerini möhkəmləndirəcək”, - deyə S.Qafarova qeyd edib.