Sahibə Qafarova Simonyanla yenidən görüşəcək

23:37 24.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin spikeri Sahibə Qafarova Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşəcək.

Hafta.az xəbər verir ki, bu barədə Parlamentlərarası İttifaqın (Pİ) mətbuat katibi Tomas Fitsimons məlumat verib.

O bildirib ki, görüş oktyabrda Cenevrədə baş tutacaq.

Qeyd edək ki, oktyabrın 13-dən 17-dək Cenevrədə Parlamentlərarası İttifaqın 149-cu Assambleyası keçiriləcək.

Spikerlərin görüşünün dəqiq tarixi hələ açıqlanmayıb. 

Xatırladaq ki, tərəflər arasında sonuncu görüş mayın 16-da Cenevrədə baş tutub.