Şahmat dünyasında şok: 10 şahmatçı qadın zorlanıb

10:17 09.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da qadın şahmat çempionu Cennifer Şahade ötən ay sosial mediada Alexandro Ramayrezin ona iki dəfə cinsi təcavüz etdiyini açıqlayanda bunun böyük dalğaya səbəb olacağına əmin deyildi. O, 18 yaşından kiçik qızlarla işləyən 34 yaşlı Ramayrezin onlara oxşar davranışlar göstərməsinin qarşısını almaq istəyib.

Hafta.az-ın “Wall Street Journal”a istinadən yazdığına görə, bir neçə gün ərzində şahmat aləmindən daha 10 qadın ona yaxınlaşaraq oxşar hekayələr danışıblar.

Təxminən 20 ildir Amerikada şahmat dünyasının aparıcı simalarından biri olan Ramayrezə qarşı davam edən ittihamlar təəssüf ki, sosial mediada, ABŞ Şahmat Federasiyasında və güclü St. Louis Şahmat Klubu ciddi şəkildə araşdırılmayıb.

Şahadenin 2020-ci ildə ittihamlarına, eləcə də 2021-ci ildə Ramayrezin 15 yaşlı uşağı təhqir etdiyinə dair iddiasına baxmayaraq, qrossmeysterin 2022-ci ildə Hindistanda keçirilən Dünya Şahmat Olimpiadasında qadınlardan ibarət komandaya məşqçilik etməyə davam etdiyi sənədləşdirilib. Digər yandan, 8 qadın isə açıqlamalarında 2011-ci ildən bəri istəmədikləri cinsi yaxınlıq üçün məşqçi şahmat dünyasının ulduz adı mövqeyindən istifadə etdiyini vurğulayıb. Məlum olub ki, Ramayres zorla öpüb, təcavüz edib, aqressiv hərəkətlər edib. Qadınlardan 3-ü 18 yaşından kiçik ikən bunlara məruz qaldığını, biri isə içki içirilərək qeyri-təbii cinsi əlaqəyə məcbur edildiyini bildirib.

Xəbərlər yayılandan sonra Ramayrez St. Louis Şahmat Klubu və St. Louis Universitetinin şahmat komandası vəzifəsindən istefa verib. Onun vəkili Albert Vatkins, cinsi təcavüz və sui-istifadəyə qarşı #MeToo (Me Too) dalğasından sonra yaranmış əhval-ruhiyyəyə işarə edərək deyib: “Bu günün dəyərləri ilə yaxın keçmişdəki hərəkətlər haqqında yalan ifadələrin birləşdirilməsi həm ittiham edən, həm də təqsirləndirilən şəxs üçün fəlakətə dəvətdir”.

Ramayres, 42 yaşlı qrossmeyster Şahadenin fevralın 15-də sosial şəbəkədə paylaşmasından bir gün sonra Sent-Luis Universitetində şahmat komandasındakı vəzifəsindən qovulub. Universitetlə yanaşı, ABŞ Şahmat Federasiyası da sosial mediadakı reaksiyalardan sonra dərhal araşdırma apardıqlarını açıqlayıb. Ümumdünya Şahmat Federasiyası (FIDE) bu araşdırmaların nəticəsini gözlədiyini açıqlasa da, məşhur şahmatçının Atletlər Komissiyasından uzaqlaşdırıldığını bildirib.

1988-ci ildə Kosta-Rikada anadan olan Ramayrez 2004-cü ildə dünyanın ikinci ən gənc qrossmeysteri, Mərkəzi Amerikada isə qrossmeyster titulunu daşıyan ilk şəxs olub. 2011-ci ildə ölkəsi əvəzinə ABŞ-ı təmsil etməyə başlayıb.