"Şahzadə Harri verdiyi açıqlamalarla ailəsini dəfələrlə "pusquya saldıb". Bu isə Kraliça II Elizabetin həyatının son ilində səhhətinin pisləşməsinə səbəb verib".
Hafta.az-ın İndependent-ə istinadən yazdığına görə, bu məlumatı Bukingem Sarayına yaxın mənbələr verib.
Qeyd edək ki, 2018-ci ildə amerikalı aktrisa Meqan Markl ilə evlənən şahzadə Harri 2021-ci ildə krallıq səltənətinin bəxş etdiyi bütün imtiyazlardan istefa verib və həyat yoldaşı ilə birlikdə sarayda yaşadıqlarına dair bir sıra iddialar səsləndirməyə başlayıb.
"Telegraf"a danışan mənbələr kral ailəsi daxilində baş verənləri açıqlamağa öyrəşməyən kraliçanın bu açıqlamalardan sonra daha da zəiflədiyini bildirib və nəticə olaraq Kraliça 2022-ci ilin sentyabrında 96 yaşında vəfat edib.
“Kraliça yaxşı bilirdi ki, cütlük qarşıdan gələn Netflix serialında və Şahzadə Harrinin avtobioqrafik kitabında daha da təəccüblü açıqlamalar verəcək. Bunlar onun son günlərində beynini məşğul edirdi. Kraliçanın sevimli nəvəsinin bu cür hücumlarına məruz qalması ağrılı idi", - mənbə bildirib.
Kraliçanın ölümündən sonra Şahzadə Harrinin "Spare" (Ehtiyat) kitabının nəşri yanvarın 10-na təxirə salındı. Digər tərəfdən, İspaniyada erkən nəşr olunan kitab ingilis dilində nəşr olunmamışdan əvvəl dünya gündəminə düşdü.
Əfqanıstandakı missiyası zamanı 25 nəfəri necə öldürdüyünü, qardaşı Şahzadə Uilyam tərəfindən döyüldüyünü və seksual həyatına dair izahlar verən Şahzadə Harri, hələ kitab nəşr olunmamışdan əvvəl dünyada böyük maraq yaratmışdı.