Salman Rüşdi: “Fələstin dövləti qurulsa, Taliban kimi olacaq”

09:15 22.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İslam düşməni olan əslən hindistanlı Salman Rüşdi iddia edib ki, əgər indiki vaxtda yeni Fələstin dövləti yaradılarsa, bu, "Talibana bənzər bir dövlət" yaratmaq demək olardı.

Hafta.az-ın yazdığına görə, “Gecəyarısı uşaqları” kitabının Hindistanda doğulmuş, Britaniya və ABŞ pasportlarına sahib olan 76 yaşlı Rüşdü deyib: “Ömrümün böyük bir hissəsi, yəqin ki, 1980-ci illərdən Fələstin dövlətinin yaradılmasının tərəfdarıyam. Amma əminəm ki, əgər orada İndi Fələstin dövləti olsaydı, onu Həmas idarə edərdi, bu da onu Taliban edərdi. Üstəlik o İranın peyk dövlətinə çevrilərdi”.

Almaniyanın RBB telekanalının "Yerlər və Sözlər" podkastında danışan Rüşdi davam edib: "Qərb solunun mütərəqqi hərəkatlarının yaratmaq istədiyi budurmu? Onlar Yaxın Şərqdə başqa bir Taliban, başqa bir Ayətullaha bənzər dövlət, İsrailin yanında istəyirlərmi? Həqiqət budur ki, məncə, Qəzzada hazırda baş verənlər və öldürülən günahsız insanların sayı hər kəsi kədərləndirməlidir. İstərdim ki, bəzi etirazlarda Həmas-ın adı çəkilsin. Çünki Həmas başlanğıc nöqtəsidir. Mütərəqqi tələbə siyasətinin bir şəkildə faşist terror təşkilatına dəstək verməsi çox qəribədir".

2022-ci ilin avqustunda Nyu-Yorkdakı Chautauqua İnstitutunda səhnədə dəfələrlə bıçaqlandıqdan sonra ölümdən çətinliklə xilas olan, lakin sağ gözündən görmə qabiliyyətini itirən müəllif dərs dediyi Nyu York Universitetində "tələbə üsyanı"ndan da danışıb və tələbələri çox da dərindən düşünməməkdə ittihamlayıb.

“Qəzzada ölümlərə emosional reaksiya var və bu, tamamilə doğrudur. Amma əgər bu reaksiya antisemitizmə çevrilirsə və bəzən Həmas-a açıq dəstək verirsə, bu, çox problemli olur”, - o deyib.

Oxunma sayı 143