Salyanda karantini pozan toy məclisi aşkarlanıb

11:49 24.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan hafta.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Kürsəngi kənd sakini Mehman Bəkirovun fərdi yaşayış evinin həyətində təyin olunmuş qaydaları pozaraq 85 nəfərin iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub.

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və məclisdə iştirak edən şəxslər barəsində qanunamüvafiq tədbir görülüb.

Oxunma sayı 526