Rusiyalı oliqarx Mixail Fridman Britaniya sanksiyalarını ləğv etmək üçün şəxsi sərvətinin 1 milyard dollarını təsis etdiyi Alfa Bankın Ukrayna filialına köçürməyi təklif edir.
Hafta.az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.
ABŞ rəsmiləri bildiriblər ki, Fridmanın təklifi qara siyahıya salınmış biznes, bank və şirkət rəhbərlərinin "Qərb hakimiyyətlərinə sakitcə etdikləri" təkliflərdən biridir.
Fridman özü təklifin məqsədini, yəni Böyük Britaniyanın ondan sanksiyalarını götürmək olduğunu inkar edir.
Məlumdur ki, Alfa-Bank Rusiya Federasiyasının ən böyük özəl maliyyə qurumlarından biri kimi ABŞ Maliyyə Nazirliyinin qara siyahısına salınıb. Fridmanın hər hansı aktivinin onun böyük paya sahib olduğu Alfa Banka verilməsi üçün ABŞ Maliyyə Nazirliyinin təsdiqi tələb olunur.
“Alfa-Bank”ın törəmə şirkəti olan “Alfa-Bank-Ukrayna” Kiyevdəki məmurlara Fridmana şəxsi sərvətinin 1 milyard dollarını banka köçürməsinə icazə verməyi təklif edib, maliyyə qurumunun müşahidə şurasının sədri Roman Şpek bildirib. Pul Ukraynada infrastruktur, səhiyyə, ərzaq və enerji təhlükəsizliyi ilə bağlı kritik layihələrin maliyyələşdirilməsinə sərf olunacaq, o izah edib.