Moskvada bir qadın dostlarına səfərbərlikdən azad olmaq üçün saxta arayış almaq istəyərkən 1,6 milyon rubl və ya 20 min dollar məbləğində aldadılıb.
Hafta.az-ın "Ostorojno, Moskva!" Telegram kanalına istinadən yazdığına görə, 26 yaşlı Kseniya Nikitina şirkətdə bir yerdə çalışdığı dostları üçün səfərbərlikdən yayınmaq məqsədilə arayış almaq istəyərkən dələduzların toruna düşüb. Məlum olub ki, danışıqlar əsasında Kseniya Nikitina sözügedən məbləği həmin şəxsə çatdırıb. Şəxs isə ən qısa vaxtda onlara nəticə ilə bağlı məlumat verəcəyini deyib. Amma həmin şəxs nəinki onlara zəng vurmayıb, hətta telefonu söndürüb.
Gənc qadın dələduzluq şikayəti ilə polisə müraciət edib. Amma Kseniyanın da işi yaxşı deyil, çünki o, bilərəkdən qanunları pozaraq rüşvət vermək yolu ilə vətəndaşların ordudan yayınmalarına kömək etməyə çalışıb.