Yazını böyüt
Yazını kiçilt
İranın Hörmüzqan vilayətinin Bəndər Abbas şəhərində saxta spirtli içkidən 48 nəfər zəhərlənib.
Hafta.az xəbər verir ki, bu barədə vilayətin Tibb Fakültəsinin İctimaiyyətlə Əlaqələr üzrə direktoru Fatma Nevruziyan məlumat yayıb.
O bildirib ki, zəhərlənənlərdən beşi ölüb, 11 nəfərin vəziyyəti ağırdır, üç nəfər isə görmə qabiliyyətini itirib.
Polis saxta içki istehsal edən şəxslərin müəyyənləşdirildiyini və indiyədək 8 nəfərin nəzarətə alındığını açıqlayıb.