Səbaildə soyğunçuluqla məşğul olan Neftçala sakini tutulub

12:55 07.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtda soyğunçuluqla məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə Bakı şəhər sakini P.Məmmədovun içərisində 350 manat pul olan cüzdanının soyğunçuluq yolu ilə talanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Neftçala rayon sakini Fərid Məhərrəmov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı təhqiqat davam edir.