Seçki komissiyalarının üzvləri və rəhbərləri yoxlamalardan keçiriləcək - MSK

17:28 03.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Seçki məntəqələrinə üzv və rəhbər seçilənlər savadlı və maarifli insanlar olmalıdır. Biz kimin kim olduğunu aydınlaşdırmalıyıq.

Hafta.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, seçki komissiyalarının üzvləri və rəhbərləri yoxlamalardan keçiriləcək:

“Kim uyğun gəlmirsə, biz onları uzaqlaşdıracağıq. Maarifli rəhbər olmalıdır ki, gələcəkdə hansısa xoşagəlməz hadisələr baş verməsin”.