“Seçkidə 60 faiz reytinqimiz var, konstitusiya çoxluğu əldə etmək üçün hər kəsin səs verməsi lazımdır. Bu, bizim iddialı məqsədimizdir və bu məqsədi yerinə yetirmək üçün bütün ilkin şərtlərin mövcud olduğunu düçünürəm”.
Hafta.az-ın yazdığına görə, bu barədə “Gürcü Arzusu”nun seçki qərargahının rəhbəri, baş nazir İrakli Kobaxidze Mtsxetada jurnalistlərə müsahibəsində bildirib.
“Gürcü Arzusu”nun konstitusiya çoxluğu əldə etməsi üçün hər kəsin çıxışı lazımdır. Məhz bu konstitusiya çoxluğu milli məsələlərimizi uzunmüddətli perspektivdə həll etmək üçün ən yaxşı yoludur.Onların arasında Gürcüstanda birdəfəlik sağlam siyasi sistemin bərqərar olması, qeyri-legitim, konstitusiyaya zidd siyasi qüvvəni – “Milli Hərəkat”ı mühakimə etmək üçün konstitusiya çoxluğu əldə etmək üçün hərkəsin çıxışı lazımdır”, – baş nazir bildirib.