Səfərbərlikdən qaçan ruslar AZƏRBAYCANA GƏLİR

16:07 21.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Moskvadan İstanbula, İrəvana, Bakıya və giriş üçün viza tələb olunmayan digər qonşu ölkələrə ən yaxın birbaşa reyslərin biletləri tükənib. Hafta.az bildirir ki, aviaşirkət məlumatları və bilet toplayıcı internet saytları RBC tərəfindən təhlil edilib.

Aviasales xidmətinin məlumatına görə, indi Moskvadan İstanbula birbaşa uçuş üçün bileti sentyabrın 23-dən tez əldə etmək olmur və onun qiyməti 76 min rubl təşkil edir. Uçuş Aeroflot tərəfindən həyata keçirilir. Aviaşirkətin saytında ən yaxın birbaşa uçuş sentyabrın 25-dir (58,6 min rubl). Türk Hava Yollarının saytında oxşar reys üçün bileti sentyabrın 24-dən tez olmayaraq 81 min rubldan çox qiymətə almaq olar.

Moskvadan İrəvana birbaşa uçuşlarda da vəziyyət oxşardır. Sentyabrın 23-də Aeroflot saytında yalnız biznes sinif biletləri var.

Aeroflotdan Bakıya birbaşa reysə də sentyabrın 23-dən tez bilet almaq olmayacaq.