“Xəzər dənizinin hüquqi statusu haqqında” məsələ ikitərəfli deyil, çoxtərəfli məsələdir. Çünki bu məsələ Xəzərətrafı 5 ölkənin diqqətindədir.
Hafta.az-ın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan - İran diplomatik münasibətlərinin 30-cu il dönümünə həsr olunmuş mətbuat konfransında deyib.
Səfir bildirib ki, “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın təsdiqi ilə bağlı mərhələləri keçmişik, son mərhələdə parlamentin təsdiqini gözləyirik: “Bu da həll olunduqdan sonra enerji mənbələrinin birgə istismarı ilə bağlı rahat danışa bilərik. Lakin bir enerji mənbəyi var ki, onunla bağlı narazılıq yoxdur. Bu mənbədən ikitərəfli və çoxtərəfli əsasda istismar mümkün ola bilər. Həmin enerji mənbələrinin adı tezliklə açıqlanacaq”.