Şəkidə narkotik alverçiləri saxlanılıb - FOTO

14:40 21.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən ilk tədbir zamanı şəhər sakini Vüsal Abdurəhimov saxlanılaraq şöbəyə gətirilib. Üzərinə keçirilən baxış zamanı ondan qurudulmuş marixuana aşkarlanıb.

Davam etdirilən tədbirlərlə V.Abdurəhimova narkotik vasitəni satan şəxsin Əfqan Bəkirov olduğu müəyyən edilib. Şübhəli şəxs qismində saxlanılan Ə.Bəkirovun üzərindən narkotik vasitənin satışından əldə etdiyi pul və 7 qram marixuana götürülüb. Həmçinin, Şəki-Oğuz avtomobil yolunun kənarında gizlətdiyi 485 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Oxunma sayı 85