Şəmkir sakini qardaşını odlu silahla vurub

13:03 04.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“102–Zəng Mərkəzi” Xidmətinə iyulun 3-də Şəmkir rayonunun Qarabağlılar kəndi ərazisində bir nəfərin odlu silahla açılmış atəşdən xəsarət alması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəliblər.

Araşdırmalarla kəndin əkin sahəsində E.Məmmədovun münaqişə zəminində tüfəngdən atəş açaraq qardaşı R.Məmmədovun qol nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib.

E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb, müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi ondan götürülüb.

 Faktla əlaqədar cinayət işi başlanıb.