Şəmkir sakini silah-sursatı təhvil verib

23:34 04.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkir rayon polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər nəticəsində şəhər sakini V.Zeynalovdan silah və sursat götürülüb.

Hafta.az-ın məlumatına görə Zeynalov “AK-47” markalı avtomat silahını, nömrəsi silinmiş “Mauzer-98K” markalı ov tüfəngini, 30 ədəd avtomat patronunu və 1 ədəd patron darağını könüllü olaraq polisə təhvil verib.