Seneqal Fransanın ölkədəki hərbi bazalarını bağlayır

09:05 20.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Seneqalın baş naziri Osmane Sonko ölkədəki Fransa hərbi bazalarının bağlanması ehtimalını gündəmə gətirib.

Hafta.az-ın yazdfığına görə, paytaxt Dakarda keçirilən konfransda çıxış edən Sonko, Seneqalın Fransadan müstəqilliyini əldə etməsindən 60 ildən çox vaxt keçməsinə baxmayaraq, ölkədə niyə hələ də Fransız bazalarının olması ilə maraqlandığını söyləyib.

Sonko Fransa ordusunun mövcudluğunun ölkənin suverenliyinə təsirini şübhə altına alıb.

"Mən bununla Seneqalın öz torpaqlarına nəzarəti tam ələ almaq istəyini bir daha bildirirəm ki, bu da Seneqalda xarici hərbi bazaların daimi mövcudluğu ilə bir araya sığmır", - baş nazir bildirib.

Fransanın Seneqalda təxminən 350 əsgəri var.

Digər tərəfdən, Sonko Fransa ilə münasibətləri pozan və Rusiya ilə yaxınlaşan Mali, Burkina Faso və Nigerlə əlaqələri gücləndirəcəyinə söz verib.

Sonko mart ayında prezident seçilən Bassirou Diomaye Faye tərəfindən baş nazir təyin edilib.

Oxunma sayı 156