Şənlik zamanı atışma, 2 nəfər ölüb

09:38 31.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Kaliforniya ştatında Hellouin şənliyi zamanı atışma nəticəsində ən azı iki nəfər ölüb, daha beş nəfər yaralanıb.

Hafta.az-ın məlumatına görə, bu barədə Fox News telekanalı xəbər verib.

Məlumata əsasən, hadisə oktyabrın 29-da "yüzlərlə insanın" iştirakı ilə keçirilən şənlik zamanı baş verib. İki nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib. Digəri ağır, lakin stabil vəziyyətdə xəstəxanaya çatdırılıb.