Yazını böyüt
Yazını kiçilt
Bu gün - sentyabrın 21-də Azərbaycanın Qarabağ torpağındakı separatçı-terrorçu bandanın başçısı Araik Arutyunyan İrəvanda Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanı ziyarət edib.
Hafta.az xəbər verir ki, bu haqda “ArmenianReport” məlumat yayıb.
Rusiya hərbi kontingentinin sayəsində Laçın dəhlizindən Ermənistana sərbəst gedib-gələn A. Arutyunyanın Levon Ter-Petrosyanı ziyarət etməsindən əsas məqsəd birinci prezidenti Ermənistanın müstəqilliyinin 30-cu ildönümü və müstəqillik günü münasibətilə təbrik etmək olub.
Görüş zamanı Qarabağdakı vəziyyət və oradakı erməni rejiminin “beynəlxalq statusunun aydınlaşdırılması ilə” bağlı məsələlər müzakirə edilib.