Serb və Kosovo müzakirəçiləri münaqişənin həlli üçün razılığa gəliblər - Borrell

18:08 24.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Serbiya və Kosovo çərşənbə günü Brüsseldə keçirilən görüşdə avtomobil nömrələri ilə bağlı mübahisəni həll etmək üçün razılığa gəliblər ki, bu da gərginliyin qarşısını alacaq. Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel deyib.

Borrell Tvitter hesabında yazıb: “Aİ-nin vasitəçiliyi ilə Serbiya və Kosovonun əsas müzakirəçiləri daha da gərginliyin qarşısını almaq və bütün diqqəti münasibətlərin normallaşdırılması təkliflərinə cəmləmək üçün tədbirlər haqqında razılığa gəldiklərini elan etməkdən məmnunam”. O qeyd edib ki, Serbiya Kosovo şəhər kodları ilə nömrələrin verilməsini dayandırmağa razılaşıb və Kosovo Serb nömrələri olan avtomobillərin məcburi şəkildə yenidən qeydiyyata alınması cəhdlərini dayandıracağını vəd edir.

"Mən tərəfləri yaxın günlərdə gələcək addımları müzakirə etməyə dəvət edəcəyəm", - Borrell bildirib.

Oxunma sayı 1473