Sərhəd-buraxılış məntəqəsində Azərbaycan bayrağı qaldırıldı

22:39 24.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsində Azərbaycan bayrağı qaldırılıb.

Hafta.az xəbər verir ki, məntəqəyə Dövlər Sərhəd Xidmətinin hərbçiləri yerləşdirilib.

Xatırladaq ki, aprelin 23-də Dövlət Sərhəd Xidməti (DSX) Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulduğunu açıqlayıb. DSX məntəqənin üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə yaradıldığını bildirib.

Siyasət rubrikasından digər xəbərlər