Xankəndidəki senparatçı rejim bu dəfə Azərbaycanı "su terroru ilə hədələyir.
Hafta.az bildirir ki, Laçın yolunda ekofəalların davam edən aksiyaları fonunda çətin durumla qarşı-qarşıya qalan separatçı rejim təmsilçiləri növbəti şantaja əl atıblar.
Qondarma qurumun "dövlət nazirinin müşaviri" Artak Beqlaryan öz Telegram kanalında yazıb: "Blokada səbəbindən Azərbaycanda 96 min hektar torpaq kifayət qədər su almayacaq".
Onun sözlərinə görə, yaşanan "enerji böhranı" səbəbindən Sərsəng su anbarının su ehtiyatları xeyli tükənib: "Çünki bizim əsas su elektrik stansiyamızın istismarı üçün Sərsəngə daxil olandan daha çox gücü 50 meqavat olan su ehtiyatı buraxdıq.
İndi vəziyyət artıq kritikdir, bu o deməkdir ki, biz qısa müddətdə elektrik enerjisi istehsalı üçün zəruri olan su ehtiyatlarının bütün nəticələri ilə birlikdə həddindən artıq qıtlığı ilə üzləşəcəyik.
Təxminən 600 milyon kubmetr su tutumu olan Sərsəng su anbarının su ehtiyatları kəskin şəkildə azalıb ki, bu da yaz və yay aylarında ilk növbədə Azərbaycan fermerləri üçün ciddi böhran yaradacaq, çünki 96 min hektara yaxın ərazini suvarmaq üçün su ehtiyatı kifayət qədər olmayacaq".