“Sərsəngi partlatmaq, neft-qaz kəmərlərini vurmaq, CƏNUB İSTİQAMƏTİNDƏ NÜVƏ TULLANTILARINI SƏPMƏK...”

18:03 06.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2020-ci ildə Ermənistan müharibəni uduzdu, baxmayaraq ki, qalib gələ bilərdi. Bu sərsəm bəyanatla Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan çıxış edib.

“Ermənistan üç addım atmalı idi. Sərsəng su anbarını açmaqla Martakert (Ağdərə) cəbhəsini ləğv etmək, neft və qaz kəmərlərinin U nöqtəsini vurmaq, cənub cəbhəsi boyunca nüvə tullantılarını səpmək və hər şeyə son qoymaq lazım idi. Müharibədə qalib gəlmək üçün hər şey edilə bilər. Sentyabrın 28-də axşam saatlarında Qarabağ prezidenti Arayik Arutyunyana bütün bunlar barədə məlumat verilib. Mən onu demirəm ki, bizdə istifadə oluna bilən İsgəndərlər olub”, – Baqratyan bildirib.

Siyasət rubrikasından digər xəbərlər