“Forbes” jurnalı 2022-ci ildə ən çox pul itirən rusiyalı milyarderlərin siyahısını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, siyahının başında sərvəti 3,6 milyard dollar azalaraq 11,5 milyard dollara düşən Pavel Durov qərarlaşıb. Bununla da Telegram-ın təsisçisi Rusiyanın ən zəngin iş adamları siyahısında 3-cü yerdən 10-cu yerə enib.
Jurnal 2022-ci ildə rus milyarderlərinin ümumi itkisini 8,5 milyard dollar olaraq hesablayır. 2022-ci ildə sərvətləri azalan digər rusiyalı milyarderlər bunlardır:
“Datadog” səhmdarı Leonid Boguslavski 1,1 milyard dollar itirdikdən sonra sərvəti 3,6 milyard dollardır.
Oyun tərtibatçıları Dmitri və İqor Buhman qardaşları da 1,1 milyard dollar itiriblər və hazırda onların ümumi sərvəti 14 milyard dollardır.
İnvestor Fərhad Əhmədovun varidatı 600 milyon dollar azalıb və hazırda 1,1 milyard dollar sərvəti var.
“Finstar” investisiya holdinqinin sədri Oleq Boyko 200 milyon dollar itirib, sərvəti 1,1 milyard dollar civarındadır.
“Uralkaliy”in keçmiş sahibi Dmitri Riboloblev də 200 milyon dollar itirib və hazırda səvəti 6,4 milyard dollardır.
“Alfa-bank” idarə heyətinin keçmiş üzvü Pyotr Aven 100 milyon dollar itirsə də, mövcud sərvəti 4,2 milyard dollar həcmindədir.