Yazını böyüt
Yazını kiçilt
Bakıdakı Heydər Əliyev Mərkəzində Səudiyyə Ərəbistanı tərəfindən sərgi təşkil olunacaq.
Hafta.az-ın yazdığına görə, artıq bununla bağlı əsas razılıq əldə olunub, texniki məsələlərin həlli istiqamətində isə danışıqlar davam edir.
Məlumata əsasən, “Zənginləşdirmə” adlı sərgi Səudiyyə Krallığının neft şirkəti ARAMCO-nun himayədarlığı ilə təşkil olunacaq.
Qeyd edək ki, yaxın aylarda Səudiyyə Ərəbistanında da Azərbaycan mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulur və hazırda bu istiqamətdə danışıqlar gedir.