Səudiyyə Ərəbistanı Baş Statistika İnstitutunun (GASTAT) məlumatına görə, 2021-ci ildə ölkədə turizm fəaliyyətindən əldə olunan əməliyyat gəlirləri əvvəlki ilə nisbətən 70,8 faiz artaraq 213,3 milyon rial (56,8 milyon dollar) olub.
Hafta.az-ın yazdığına görə, bu gəlirlərdə ən yüksək payı 33,2 faizlə yerləşdirmə fəaliyyətləri, təqribən 29,9 faizlə qida fəaliyyətləri tutur.
Turizmlə bağlı fəaliyyətlərin ümumi əməliyyat xərcləri 2020-ci illə müqayisədə 92,2 faiz artaraq 112 milyondan 205 milyon riala çatıb.
Ziyarətçilərin yerləşdirilməsi xərcləri əməliyyat xərclərinin 31,6 faizini, qida və içəcək fəaliyyəti ilə bağlı isə 29,7 faizini təşkil edib.
Turizm Nazirliyinin inzibati məlumatları göstərib ki, 2021-ci ildə otel nömrələrinin illik doluluq səviyyəsi 42,1 faiz təşkil edib. Dekabr ayı yüzdə 53,3 ilə ən yüksək aylıq doluluq nisbətinə şahid olub.
Əşyalı evlərin illik doluluq nisbəti 2021-ci ildə yüzdə 49,3, ən yüksək aylıq doluluq nisbəti isə yüzdə 55 ilə iyun ayında qeydə alınıb.
2021-ci ildə turizm sektorunda çalışanların sayı 767819 nəfərə çatıb. Bunlardan 516382-si qida və içəcək fəaliyyəti, 101861-i isə yerləşdirmə fəaliyyəti ilə məşğul olub.
2021-ci ildə səudiyyəlilər turizmlə əlaqəli fəaliyyətlərdə ümumi işçi qüvvəsinin 26,8 faizini təşkil edib. Turizmlə bağlı fəaliyyətlərdə çalışan səudiyyəlilərin 41,9 faizi qadınlar, 58,1 faizi isə kişilər olub.
Ümumdünya Turizm Təşkilatının (UNWTO) dərc etdiyi Dünya Turizm Barometri hesabatına görə, Səudiyyə Ərəbistanı beynəlxalq turizm gəlirləri indeksində 16 pillə irəliləyərək 2022-ci ildə dünya üzrə 11-ci yerə yüksəlib.