Səudiyyə İrs Komissiyası ölkənin şimal-qərbindəki Tabuk bölgəsində yerləşən Əlqan kəndində ikixətli yazılardan birinin aşkar edildiyini və sənədləşdirildiyini açıqlayıb.
Hafta.az-ın yazdığına görə, tapıntı komissiyanın Səudiyyə Ərəbistanının müxtəlif bölgələrində apardığı arxeoloji tədqiqat işləri çərçivəsində həyata keçirilib. Hərflərin formaları və təkamülü ilə bağlı araşdırmalara görə, kitabə eramızın 5-ci əsrinə aiddir.
İrs Komissiyası yazının üç sətirdən ibarət olduğunu aşkarlayıb. Onlardan ikisi Səmud tayfası qələmi ilə, bir sətri isə erkən ərəb qrafikası ilə yazılıb Bu yazının 5-ci əsrə qədər qədim cəmiyyətlərdə Səmud qələmi ilə yazı biliklərinin davamlılığı ilə yanaşı, həm də erkən ərəb qrafikasında yazının tarixi eyni vaxtda təmsil olunduğu yeni elmi anlayışlar təmin etdiyini təsdiqləyir.
Bu kəşf Ərəbistan yarımadasındakı qədim ərəb yazılarının tarixinə daha çox işıq salır və onun formasının inkişafının öyrənilməsində əhəmiyyəti ilə yanaşı, komissiyanın bu yaxınlarda sənədləşdirdiyi qədim ərəb yazıları silsiləsinə keyfiyyətcə əlavədir.