Si Cinpin Zelenski ilə danışmağı planlaşdırır – İLK DƏFƏ

16:47 13.03.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Çin lideri Si Cinpin tammiqyaslı müharibə başlayandan bəri ilk dəfə Ukrayna prezidenti Vladimir Zelenski ilə danışmağı planlaşdırır.

WSJ məlumatlı mənbələrə istinadən yazır.

Söhbət çox güman ki, onlayn olacaq. Bu, Cinpinin Moskvaya gözlənilən səfərindən və onun Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra baş verə bilər.

Əgər bu baş verərsə, bu, Pekinin Rusiya və Ukrayna arasında sülhməramlı  vasitəçi rolunu oynamaq səylərində mühüm addım olacaq. Qərb Pekinin bu istiqamətdə əvvəlki addımlarına şübhə ilə yanaşırdı.

O da məlumdur ki, Si Rusiyaya səfəri çərçivəsində digər Avropa ölkələrinə də səfər etməyi düşünür. Tam marşrut hazırda müəyyən edilməyib.

Ukrayna tərəfi hələlik iki lider arasında görüş keçirilə biləcəyinə münasibət bildirməyib.