Yazını böyüt
Yazını kiçilt
Çin prezidenti Si Cinpinq Fransa prezidenti Emmanuel Makronla danışıqlardan sonra lazımi anda Ukrayna lideri Vladimir Zelenski ilə telefonla danışmağa hazırdır. Bu barədə “Reuters” Fransa diplomatik mənbəsinə istinadən məlumat yayıb.
“Si Zelenskiyə zəng etməyə hazırdır. Anı seçəcək".
Qeyd olunur ki, Makron və Si danışıqlar zamanı Ukraynadakı münaqişəyə toxunublar.
“Çin Ukraynada dialoqa və davamlı sülhə nail olmaq üçün Fransa ilə işləmək istəyir”, - mənbə agentlikdən sitat gətirib.
Həmçinin bildirilir ki, görüş zamanı Fransa lideri Çin Xalq Respublikasının liderini Rusiyaya silah verməməyə çağırıb. Si Cinpin isə öz növbəsində bildirib ki, bu, onun münaqişəsi deyil.