Silahlı şəxs polislərə hücum edib

10:20 24.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaponiyanın Toda şəhərində bıçaqla silahlanmış şəxs polis əməkdaşlarına hücum edib.

Hafta.az-ın "NHK" telekanalına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 4 polis əməkdaşı xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Məlumata əsasən, hücum edən şəxs özünə xəsarətlər yetirib və hazırda xəstəxanadadır.

Faktla bağlı araşdırma aparılır, hücumun səbəbi öyrənilir.