Şimali Koreya ruslar üçün xüsusi turizm zonası tikir

11:12 14.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Primorsk diyarı hökuməti elan edib ki, cənub qonşusu Şimali Koreya rusiyalı turistlər üçün yeni obyekt tikir.

Hafta.az-ın yazdığına görə, hökumətin saytında verilən açıqlamaya görə, Vonsan-Kalmaskaya turizm zonası 2,8 kvadratkilometr sahəyə malikdir. Bölgədə 50-dən çox otel və 30-a yaxın mağaza fəaliyyət göstərəcək.

Bəyanatı yayan “İzvestiya” qəzeti yazır ki, Vonsan-Kalmaskayada 4 kilometr uzunluğunda çimərlik də var. Xəbərə görə, turizm zonası bir neçə il ərzində fəaliyyətə başlayacaq.

Fevralın 12-də Şimali Koreyada istirahət edən 98 rusiyalı turist Primorsk diyarına qayıdıb. Şimali Koreya son 5 ildə ilk dəfə Rusiyadan turist qəbul edir.