Şimali Qafqaz Rusiyanın ən kasıb vilayətidir

18:39 22.11.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Şimali Qafqaz Federal Dairəsinin regionları 2021-ci ildə əhali arasında aşağı maaşlı işçilərin payına görə lider olub.

Hafta.az xəbər verir ki, bu barədə RİA Novosti-nin araşdırmasında qeyd edilir.

Tərtibatçılar əhalinin hansı hissəsinin 15 min rubldan az, hansının isə 100 min rubldan çox maaş aldığını hesablayıblar.

Çeçenistan və Dağıstanda işçilərin 27,5%-i aşağı əmək haqqı alır, yalnız 1,3%-i yüksək maaş alır. Ən çox verilən maaşlar Çeçenistanda 14-31 min rubl, Dağıstanda isə 14-32 min rubl aralığındadır.
Şimali Osetiyada aşağı maaşlı işçilər27,4% -i, yüksək maaşlı işçilər1,8% -i, ümumi əmək haqqı isə 14 ilə 33 min rubl arasındadır.