ABŞ-ın Vaşinqton Universitetinin Tibb fakültəsinin alimləri tərəfindən aparılan araşdırmaya görə, siqaret beyin həcminin azalmasına səbəb ola bilər. Nəticələr Biological Psychiatry: Global Open Science jurnalında dərc olunub.
Tədqiqatda insan bioloji nümunələrinin ən böyük anbarından - Britaniya Biobankından götürülmüş 40 mindən çox insanın məlumatlarından istifadə edilib. Tədqiqat qrupu 32 094 nəfərdə beyin həcmi, siqaret çəkmə tarixi və bu pis vərdişə meyllilik haqqında məlumatları təhlil edib. Beyin vəziyyəti CT (kompüter tomoqrafiyası) istifadə edərək qiymətləndirilib.
Məlum olub ki, siqaret əslində beyin həcminin azalmasına səbəb ola bilər. Bundan əlavə, bu təsirin şiddəti dozadan asılıdır. İnsan gündə nə qədər çox siqaret çəkirsə, beyin bir o qədər daralır. Tədqiqat müəllifləri izah ediblər ki, beyin həcminin azalması bioloji qocalmanın əlaməti və demensiyanın inkişafının təhrikçisidir.